LOGO-WWW.ROYALTAXI.AZ
Zəng elə və taksi sifariş ver:
(012) 418-2049, (051) 880-2009

“Royal Taxi”nin məqsədi Bakı şəhərini təhlükəsiz və professional taksi xidmətlərilə təmin etməkdir.

Biz, gənc və böyük hədəfləri olan şirkəti qurmağa nail olmuşuq və daima inkişaf edirik. Biznes fəlsəfəmiz profesionallıq və mükəmməl keyfiyyətdir. Bakı şəhərinin müxtəlif hissələrində müştərilərimizə xidmət edən 100-dən çox avtomobillərimiz var və biz özümüzü, müştərilərimizə ən yaxşı, rahat və təhlükəsiz taksi xidmətləri göstərməyə adamışıq.

“Royal Taxi”-nin uğuru “Tam vaxtında, təhlükəsiz, rahat və ən münasib qiymətə başa gələn xidmətlərlə müştəri razılığı” prinsipinə dayanmaqdadır.

BİZİM SÜRÜCÜLƏRİMİZ

Sürücülərimiz Bakı şəhərini çox yaxşı tanıyırlar. Onların vəzifəsi sizi gedəcəyiniz yerlərə təhlükəsiz və vaxtında çatdırmaqdır. Sürücülərimiz hər zaman müştərilərimizə qarşı gülərüz, ehtiramlı və kömək etməyə hazırdırlar. Bizə zəng etdikdən sonra sizin ərazinizə ən yaxın olan sürücümüzə bildiririk və o, olduğunuz yerə ən qısa vaxtda gəlir.

Qeyd: Sürücülərlə bağlı şikayətləri bildirmək üçün bizə zəng edin (təhlükəli sürmə və s.)

Bizim fərqimiz nədir?

Bizi seçməklə:

  • Küçələrdə taksi axtarmağınıza ehtiyac olmayacaq
  • Etibar etməyəcəyiniz sürücülər və nasazlığı olan avtomobillərlə üzləşməyəcəksiniz
  • Qiymət razılaşmaqla vaxtınızı itirməyəcəksiniz
  • Baha qiymətlərlə aldadılmayacaqsınız

Bakı şəhərində özümüzü tam fərqləndirmək üçün ən münasib taksi qiymətləri və gedəcəyiniz yerə sizi tam vaxtında çatdıracaq müasir, yeni və çox təhlükəsiz avtomobillər təklif edirik.

 

Sifariş üçün:
(012) 418-2049
(051) 880-2009


E-mail:
contact@royaltaxi.az


Online sifariş forması